Belarus Polşa yük maşınlarının və traktorlarının ölkəyə girişini məhdudlaşdırır


Belarus öz ərazisinə Polşa yük maşınları və traktorlarının girişini məhdudlaşdırır.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Belarus hökumətinin bəyanatında deyilir. "Polşa Respublikasında qeydiyyatda olan yük avtomobillərinin və traktorların daşınması bundan sonra yük əməliyyatlarının həyata keçirilməsi və ya daşınması yalnız Belarus Respublikasının dövlət sərhədinin Belarus-Polşa bölməsi vasitəsilə həyata keçiriləcək" - deyə bəyanatda bildirilir.

Belarusun baş naziri Roman Qolovçenkonun imzaladığı bəyanatda qeyd olunur ki, hökumətin qərarı Polşa tərəfinin 2023-cü il fevralın 10-dan Bobrovniki avtomobil keçid məntəqəsini bağlaması ilə əlaqədar qəbul edilib.

Həmçinin Belarus Xarici İşlər Nazirliyi Polşanın müvəqqəti işlər vəkili Martin Voitexovskini çağıraraq onun diqqətinə "Bobrovniki" sərhəd-keçid məntəqəsinin bağlanmasının qeyri-insani olduğunu çatdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu