Belarus “Bobrovniki” sərhəd-keçid məntəqəsinin bağlanması ilə bağlı Polşaya etiraz edib


Belarus “Bobrovniki” sərhəd-keçid məntəqəsinin bağlanması ilə bağlı Polşaya etiraz edib.


AFN.az xəbər verir ki, bununla bağlı Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada Polşanın müvəqqəti işlər vəkili Martin Voytexovskinin Belarus Xarici İşlər Nazirliyinə çağrılaraq “Bobrovniki” sərhəd-keçid məntəqəsinin bağlanması ilə əlaqədar etiraz bildirildiyi əksini tapıb.

“Polşa diplomatına Belarus-Polşa sərhədində onsuz da son dərəcə çətin vəziyyəti gərginləşdirən və Belarus, Polşa və bir çox digər ölkələrin minlərlə vətəndaşının hüquqlarını pozan bu addımın qəti şəkildə qəbuledilməzliyi vurğulanıb”, - deyə XİN mətbuat xidmətinin açıqlamasında bildirilir. Minsk Varşavanın hərəkətlərinin qeyri-insani olduğunu və böyük təsərrüfat subyektlərinə, eyni zamanda kiçik biznesə zərər vurduğunu vurğulayıb: "Belarus tərəfi adekvat cavab tədbirləri görmək hüququnu özündə saxlayır".

Polşa hakimiyyəti dövlət təhlükəsizliyinin maraqlarını əsas götürərək, Bobrovnikidə Belarusla sərhəd keçid məntəqəsini bağlamaq qərarına gəldiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu