Polşa Müdafiə Nazirliyi Belarus sərhədinə əlavə qüvvələr göndərməyə razılıq verib


Polşa Müdafiə Nazirliyi Polşa-Belarus sərhədinə əlavə qüvvələr göndərməyə razılıq verib.


AFN.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Polşa-Belarus sərhədində dinamik vəziyyətlə əlaqədar olaraq milli müdafiə naziri tələbi yerinə yetirmək və Polşa-Belarus sərhədini patrul etmək üçün əlavə əsgər göndərmək əmri verib”, - nəşr yazır.

Bundan əvvəl Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik bildirib ki, Polşa sərhəd xidməti Belarusla sərhədə min əsgərin gücləndirilməsini tələb edib. “Bizə sərhəddə daha çox qüvvə lazımdır. Komendant Tomaş Praha Milli Müdafiə Nazirliyindən daha min əsgərin Polşa-Belarus sərhədinə göndərilməsini xahiş edib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu