Belarus Lukaşenkonu mühafizə edən helikopterlərin Polşa sərhədini pozduğunu təkzib edib


Belarus helikopterləri, o cümlədən Belarus prezidenti Aleksandr Lukaşenkonun mühafizəçilərinə məxsus olduğu iddia edilən helikopterlər Polşa ilə sərhədi pozmayıb.


AFN.az xəbər verir ki, bu barədə TASS-a Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

Polşa hökumətinin keçmiş rəhbəri (1996-1997), Avropa Parlamentinin üzvü Vlodzimierz Çimoşeviç RMF FM radiosunun efirində deyib ki, Polşa tərəfinin məlumatına görə, avqustda Polşanın hava sərhədini pozan iki helikopterin biri Belarus Prezidentinin mühafizəsinə aiddir.

"Dünən bizim Xarici İşlər Nazirliyimizdə Polşanın müvəqqəti işlər vəkili ilə görüş oldu və obyektiv nəzarət məlumatlarına əsasən hər şey mümkün qədər ətraflı izah edildi. Polşa ərazisinə giriş yox idi, sadəcə olaraq belə bir fakt yox idi. Buna görə də, Vlodzimierz Çimoşeviçin fərziyyələri heç bir hissədə reallığa uyğun gəlmir" - deyə Belarus XİN-in rəsmi nümayəndəsi bildirib.

Avqustun 1-də Polşa hökuməti iki Belarus hərbi helikopterinin Bialovieza bölgəsində Polşanın hava sərhədini pozduğunu açıqlayıb. Həmin gün respublikanın müdafiə naziri Mariuş Blaşçak Belarusla sərhəddə hərbi qulluqçuların sayını artırmaq və onun təhlükəsizliyini döyüş helikopterləri ilə gücləndirmək barədə göstəriş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu