Polşa: Belarus helikopterlərinin hava məkanını pozması təxribatı


Polşa müdafiə nazirinin müavini Voyçex Skurkieviç dünən iki Belarus hərbi helikopterinin Polşanın hava məkanını pozmasının Varşava və NATO-nun şərq cinahını hədəf alan təxribat olduğunu deyib.


O, Polşa dövlət radiosuna iki Belarus helikopterinin Bialovyesa bölgəsində Polşanın hava məkanını pozduğunu bildirib.

Varşavanın hadisə ilə bağlı NATO qərargahına məlumat verdiyini bildirən Skurkieviç dünən Polşa Milli Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin iclasının keçirildiyini deyib.

Voyçex Skurkieviç bu görüş nəticəsində Belarus sərhədində əsgər sayının artırılmasına və bölgəyə əlavə hərbi helikopterlərin göndərilməsinə qərar verildiyini vurğulayıb.

"Bu, Varşavanı və NATO-nun şərq cinahını hədəf alan bir təxribatdır. Bunlar mütləq baş verməməli olan vəziyyətlərdir, lakin biz şərq sərhədimizdən kənarda rəqiblərimizin kimlər olduğunu bilirik. Bu, tamamilə təhlükəli vəziyyətdir. Əgər belə hallar baş verərsə və gərginləşərsə, o zaman hərəkətlərimiz potensial olaraq təhdidlərə uyğun olacaq" - deyə Skurkieviç bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu