Səudiyyə Ərəbistanı: "Xaricdən gələn zəvvarların sayı 1,5 milyonu keçib"


Səudiyyə Ərəbistanı xaricdən ölkəyə daxil olan zəvvarların sayının 1,5 milyonu keçdiyini açıqlayıb.


Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, Pasportlar Baş İdarəsi dünən axşam saatlarına qədər ölkəyə quru, hava və dəniz yolu ilə daxil olan zəvvarların sayı ilə bağlı açıqlama verib.

Açıqlamada 1 milyon 626 min 500 zəvvarın ölkəyə daxil olduğu, onlardan 1 milyon 559 min 53-nün hava, 60 min 617-nin quru, 6 min 830-nun dəniz yolu ilə gəldiyi bildirilib.

Səudiyyə Ərəbistanı Statistika İnstitutunun məlumatına görə, 2023-cü il üçün ölkə daxilindən və xaricdən zəvvarlara namizədlərin sayı 2,4 milyon olaraq açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu