Səudiyyə Ərəbistanı zəvvarlar üçün yaş və say qərarını açıqladı


Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tevfik er-Rabia epidemiya zamanı zəvvarlara tətbiq edilən məhdudiyyətlərin bu il tətbiq edilməyəcəyini açıqlayıb.


AFN.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Tevfik er-Rabia Ciddədə keçirilən “Expo Hac 2023” sərgisinin açılışında “Rəhmanın qonaqlarına xidmətdə keyfiyyət və rəqabət qabiliyyəti: Gələcəyə baxış” mövzusunda çıxış edib. Bu il zəvvarlara yaş məhdudiyyəti qoyulmayacağını və sayının pandemiyadan əvvəlki kimi olacağını qeyd edən Rabia bu qərarı “şad xəbər” kimi qiymətləndirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı yeni növ koronavirusun (Covid-19) yayıldığı 2020-ci ildən sonra zəvvarlara yaş və say məhdudiyyətləri qoyub. Bu səbəbdən 2019-cu ildə 2,5 milyona çatan zəvvarların sayı, 2020-ci ildə 10 min, 2021-ci ildə 60 min, 2022-ci ildə isə 779 min 919-u Səudiyyə Ərəbistanından kənarda olmaqla 899 min 353 ilə məhdudlaşıb.
Haremeyn-i-Şərifeynin müşaviri və Məkkə əmiri Şahzadə Xalid əl-Feysəlin himayəsi altında təşkil edilən “Expo Hac 2023” sərgisi və konfransı yanvarın 12-dək davam edəcək.

Leyla



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu