NATO iki cəbhədə müharibə ssenarisini nəzərə alır
NATO-nun yeni “Qələbə nəzəriyyəsi” hərbi planı eyni vaxtda iki cəbhədə döyüşlərin aparılması ehtimalını da nəzərə alır.
AFN.az xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə və Ukraynada münaqişələrin eyni vaxtda davam etməsi hərbi baxımdan faydalı müşahidələr aparmağa imkan verib.
Qrinkeviç qeyd edib ki, əldə olunan təcrübə mümkün problemləri müəyyənləşdirməyə və onlara uyğunlaşma yollarını araşdırmağa kömək edib.

