Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI


2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 5,7 faiz artıb.

AFN.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri 6,9 faiz, qeyri-qida məhsullarının qiymətləri 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,5 faiz artıb.

Cari ilin sentyabr ayında istehlak qiymətləri avqust ayı ilə müqayisədə 0,9 faiz, 2025-ci ilin eyni ayına nisbətən isə 5,5 faiz yüksəlib.

Sentyabrda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ayla müqayisədə 1,4 faiz, ötən ilin müvafiq ayına nisbətən isə 6,9 faiz artım göstərib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu