Norveç Microsoft-un Xandr reklam platformasını 12 milyon avro cərimələyib



Norveçin Məlumatların Mühafizəsi Qurumu şəxsi məlumatları icazəsiz paylaşdığına görə ABŞ-ın texnologiya nəhəngi Microsoft-un reklam platforması Xandr-ı cərimələyib. 

AFN.az xəbər verir ki, qurumun yazılı açıqlamasında Xandr-ın həssas şəxsi məlumatları icazəsiz paylaşdığı bildirilib və platformaya 12 milyon avro cərimə tətbiq edilməsi barədə qərar qəbul olunduğu qeyd edilib.

Norveçin Məlumatların Mühafizəsi Qurumunun direktoru Line Koll açıqlamasında pozuntuların son dərəcə ciddi olduğunu bildirib. O, Xandr-a tətbiq edilən cərimənin qurumun indiyədək verdiyi ən yüksək məbləğli cərimə olduğunu vurğulayıb.

Koll Norveçdə minlərlə istifadəçinin bu pozuntulardan mənfi təsirləndiyini qeyd edərək, onların şəxsi məlumatlarının qanunsuz istifadəsinə məruz qaldığını bildirib.

Norveçin NRK yayım şirkətinin xəbərində isə Microsoft nümayəndəsinin istifadəçilərin məxfiliyinin şirkət üçün əhəmiyyətli olduğunu söylədiyi bildirilib.

Nümayəndə sözügedən pozuntuların Microsoft Xandr-ı satın almamışdan əvvəl baş vermiş ola biləcəyini qeyd edib və qəbul edilən qərarı araşdırdıqlarını bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu