Estoniyada qadınların müddətli hərbi xidmətə cəlb edilməsi genişləndirilir


Estoniya doğum səviyyəsinin azalması səbəbindən 2035-ci ilədək qadınların müddətli hərbi xidmətə çağırışını dörd dəfə artırmağı planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Resursları Departamentinin baş direktoru Ana Rannaveski açıqlama verib. Onun sözlərini ERR portalı yayıb.

Rannaveskinin sözlərinə görə, demoqrafik vəziyyət tələb olunan sayda çağırışçının yalnız kişilər hesabına təmin edilməsini çətinləşdirəcək. Hərbi rəhbərlik hər il 4 100 nəfərin müddətli hərbi xidmətə çağırılmasını tövsiyə edir. Lakin ölkədə hər il cəmi 4–5 min oğlan uşağının doğulması bu hədəfə çatmağı çətinləşdirir.

Proqnozlara əsasən, 2035-ci ilədək tələb olunan çağırışçı sayını təmin etmək üçün hər il əlavə olaraq bir neçə yüz qadının hərbi xidmətə cəlb edilməsi lazım gələcək. Buna görə də müdafiə sahəsində qadın çağırışçıların sayının ildə təxminən 50 nəfərdən 200 nəfərə çatdırılması barədə razılıq əldə olunub.

Hazırda Estoniyada qadınlar müddətli hərbi xidmətə könüllü şəkildə qoşulurlar. Rannaveskinin bildirdiyinə görə, hakimiyyət qadınlar üçün hərbi çağırışın məcburi edilməsi imkanını da müzakirə edir.

ERR-in məlumatına görə, sorğularda iştirak edən Estoniya sakinlərinin 80 faizi qadınların müddətli hərbi xidmət keçməsini dəstəkləyir. Bununla belə, xidmətin qadınlar üçün məcburi olmasını istəyənlərin payı cəmi 5–6 faizdir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu