Yunanıstan qadınların könüllü olaraq hərbi xidmətə cəlb edilməsini nəzərdən keçirir


Yunanıstanın müdafiə naziri Nikos Dendias nazirlik olaraq qadınların könüllü olaraq hərbi xidmətə cəlb edilməsini nəzərdən keçirdiklərini bildirib.


Yunanıstan Baş Qərargahının 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil etdiyi tədbirdə çıxış edən Dendias əhalinin yarısının hərbi xidmətdən azad edilməsinin uyğunsuzluq olduğunu bildirib.

Dendias izah edib ki, bu çərçivədə qadınların könüllü əsgərliyə getməsi ilə bağlı araşdırmalar aparılır.

Mövzuyla əlaqədar qanunun əslində Yunanıstanda 1977-ci ildən bəri mövcud olduğunu ifadə edən Dendias, "Məsələ qadınların könüllü əsgərlik üçün bu məsələnin necə həyata keçirəcəyimizdir. Önümüzdəki həftələrdə Silahlı Qüvvələrin qabaqcıl adları ilə müzakirə edəcəyik. Ölkəmizin canlı qüvvəsindən təkcə silahlı qüvvələrin şəxsi heyəti əsasında deyil, həm də könüllü əsgərlər əsasında necə istifadə ediləcəyi ilə bağlı fikirlərimizi açıqlayacağıq” deyə qeyd edib.

Yunanıstanda 1977-ci il tarixli qanuna görə, Müdafiə Naziri bütün ölkədən və ya müəyyən bölgələrdən olan qadınları sülh dövründə lazım bildiyi zaman Silahlı Qüvvələr komandirlərinin təklifi ilə hərbi xidmətə çağıra bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu