Yunanıstan ABŞ-dan F-35 alır?


Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyə ilə son üç il yarımda yaşanan gərginliyi iki ölkə arasındakı münasibətlərdə "indiyədək görünməmiş" adlandırıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Dendias Ankara ilə əlaqələrin hər zaman təkrarlanan böhranlarla, çətinliklə dolu olduğunu vurğulayaraq, üç il yarımda hər keçən günün əvvəlki gündən daha pis olduğunu bildirib.

"Qorxmuruq, açıq deyim. Onları dinləyirik, müşahidə edirik, amma nümunə götürmürük. Təhdidlərə, təhqirlərə eyni şəkildə cavab vermirik, bu, faktdır. Biz xoruz döyüşü, dava-dalaş təşkil etməyəcəyik".

Türkiyənin ABŞ-dan almağa hazırlaşdığı F-16-larla bağlı danışan yunan nazir Ankaranın ilk döyüş təyyarəsini modernləşdirdiyi zaman Yunanıstanın Viper səviyyəsinə yüksəldilmiş 83 F-16, eləcə də 24 Rafale təyyarəsi olacağını deyib. O, həmçinin ABŞ-dan F-35 döyüş təyyarəsi alacaqlarını iddia edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu