Blinken: "Münasibətlərimizi yaxşılaşdırmaq üçün növbəti zəlzələni gözləməməliyik"
Biz münasibətlərimizi yaxşılaşdırmaq üçün növbəti zəlzələni gözləməməliyik.
AFN.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə birgə mətbuat konfransında deyib.
Entoni Blinken Türkiyədə zəlzələ bölgələrini ziyarət edərək, görüşlər keçirdikdən sonra dünən axşam Yunanıstana gəlib. Dövlət katibi Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşüb və birgə mətbuat konfransında açıqlamalar verib. Dendiasın Türkiyədəki zəlzələdən sonra Avropadan fəlakət bölgəsinə gedən ilk xarici işlər naziri olduğunu ifadə edən Blinken, "Dağıdıcı zəlzələ zamanı ABŞ və Yunanıstan axtarış-xilasetmə və yardım göstərdilər. Nəticələr barədə bir-birimizi məlumatlandırmaq şansımız oldu” - deyə bildirib.
Dövlət katibi bu günləri Türkiyə ilə Yunanıstan arasında münasibətləri yaxşılaşdırmaq üçün bir şans adlandırıb. "Əlaqələrimizi yaxşılaşdırmaq üçün bir daha zəlzələ gözləmək lazım deyil" - deyən Blinken həmçinin bildirib ki, ABŞ NATO və dünya üçün mühüm rol oynayan Türkiyə və Yunanıstan münasibətlərinin gücləndirilməsi istiqamətində əlindən gələni edəcək.