Yunanıstanın xarici işlər naziri Türkiyəyədədir
Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyəyə, zəlzələdən zərər çəkən Adana şəhərinə gedib.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Dendiası daşıyan şəxsi təyyarə Adana Şakirpaşa hava limanına enib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Dendiası hava limanında qarşılayıb.
Nazirlər hava limanında qapalı görüş keçiriblər.