Ermənistanın xarici işlər naziri Türkiyədə səfərdədir


Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə gözlənilən səfərini tarixi hadisə adlandırıb.

AFN.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
“Bu, ehtiyacı olan qonşuya kömək etmək qərarından sonra tarixi bir səfərdir. Ümid edirəm ki, bu, Türkiyə ilə Ermənistan arasında münasibətlərdə gələcək hadisələrin müjdəçisi olacaq”, - Toyvo Klaar vurğulayıb.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 15-də Türkiyəyə səfəri başlanır. Mirzoyan zəlzələdən zərər çəkmiş Adıyaman şəhərində axtarış-xilasetmə işləri aparan Ermənistanın xilasetmə qrupu ilə görüşəcək. Səfər çərçivəsində Ankarada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu