Yunanıstan Egeydəki gərginliyi AB-yə çıxartdı


Yunanıstan Egey dənizində Türkiyə və Yunanıstan Sahil Mühafizəsi arasında yaranan qısamüddətli gərginliyi üzvü olduğu Avropa Birliyinə (AB) çıxarıb.


AFN.az xəbər verir ki, iddiaçı ölkə Türkiyəyə qarşı sanksiyaların tətbiqini tələb edib. Yunanıstanın xarici işlər naziri Nikos Dendias, AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borellə ​​göndərdiyi və hadisə ilə bağlı Yunanıstanın iddialarını ifadə etdiyi məktubda Türkiyənin izlədiyi taktikanın təhlükəli mühit yaratdığını və təhlükə ehtimalını artırdığını iddia etdi. Türk Sahil Mühafizəsi ünsürlərinin təkcə Yunanıstan Sahil Mühafizəsi qayıqlarına qarşı deyil, Yunan balıqçı qayıqlarına qarşı da təcavüzkar olduğunu iddia edən XİN rəhbəri yunan balıqçıların maddi ziyana uğradığını da qeyd edib. Vəziyyət dəyişməzsə, Dendias AB-nin türk dəniz məhsullarına sanksiya tətbiqini gündəmə gətirib. Yunan nazir məktubunda Türkiyə rəsmilərinin Yunanıstanla bağlı açıqlamalarına da toxunub.
Qeyd edək ki, Yunanıstan Sahil Mühafizəsi əməkdaşlarının türk balıqçılara təzyiqindən sonra Türkiyə Sahil Mühafizəsi əməkdaşları bölgəyə gedib, tərəflər arasında gərgin anlar yaşanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu