Türkiyə və Yunanıstandan Egey dənizində birgə təlim missiyası

Türkiyənin Milli Müdafiə Nazirliyi TCG Anamur mina axtarış gəmisinin ARIADNE-2024 təlimi çərçivəsində Yunanıstan Hərbi Dəniz Qüvvələrinin HS Evropi heyəti ilə Egey dənizində təlim missiyası həyata keçirdiyini açıqlayıb.
Nazirliyin sosial media hesabında yer alan açıqlamada aşağıdakılar qeyd olunub:
“NATO-nun Minalara Qarşı Tədbirlər Tapşırıq Qrupu-2 missiyasında iştirak edən TCG Anamur mina axtarış gəmimiz ARIADNE-2024 təlimi çərçivəsində 2 mart 2024-cü il tarixində Ege dənizində Yunanıstan Hərbi Dəniz Qüvvələrinin HS Evropi heyəti ilə təlim keçirib"
Mənbə: AA