Pakistan Hərbi Dəniz Qüvvələri öz gəmilərini Ərəb dənizinə yerləşdirib


Pakistan Hərbi Dəniz Qüvvələri son "təhlükəsizlik insidentlərindən" sonra gəmilərini Ərəbistan dənizində yerləşdirdiyini açıqlayıb.


Bu barədə X sosial media platformasında Pakistan Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Baş İdarəsinin hesabından açıqlama verilib.

Açıqlamada Hərbi Dəniz Qüvvələrinin Ərəb dənizində baş verən son "təhlükəsizlik hadisələri" səbəbilə gəmilərini sözügedən dənizə yerləşdirdiyi bildirilib.

Qeyd edilib ki, milli və beynəlxalq dəniz kommunikasiya xətlərinin sıx nəzarət altında saxlanılması üçün Ərəb dənizində mövcudluq saxlanılır, həmçinin hərtərəfli hava yoxlamasının aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu