Myanma və Rusiya arasında Andaman dənizində birgə hərbi təlim başlayır


Myanma Andaman dənizində Rusiya ilə birgə hərbi təlim təşkil etdiyini açıqlayıb.


Myanmada hakim hərbi administrasiyanın nəzarətində olan “Global New Light of Myanmar” qəzeti ölkənin Rusiya ilə ilk birgə hərbi dəniz təlimi ilə bağlı təfərrüatları paylaşıb.

Bildirilir ki, Myanmanın cənubundakı Myeik şəhərindən 157 kilometr qərbdə Andaman dənizində keçirilən birgə hərbi təlim bu gün başlayıb və 3 gün davam edəcək.

Myanma dövlət televiziyası MRTV bəzi rus gəmilərinin Myanmanın cənub-şərqindəki Yanqon şəhərindən təlim bölgəsinə gəldiyini qeyd edib.

İki ölkənin ilk ortaq hərbi dəniz təlimində iki ölkə ordusuna aid hava və dəniz vasitələri havadan, qurudan və dənizdən gələn təhdidlərə qarşı təlim keçəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu