Rusiya və Myanmadan nüvə enerjisi sahəsində yeni əməkdaşlıq


Rusiya Dövlət Nüvə Enerjisi Təşkilatının "Rosatom" nümayəndə heyətinin Myanmaya işgüzar səfəri zamanı iki ölkə arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi və digər əlaqəli yüksək texnologiya sahələrində əməkdaşlıq səylərinin ilk nəticələri qiymətləndirilib.


Şirkətdən verilən məlumata görə, səfər zamanı "Rosatom"un baş direktorunun müavini Nikolay Spasski və Myanma elm və texnologiya nazirinin müavini Aunq Zeya arasında birgə koordinasiya komitəsinin ilk iclası keçirilib.

Görüşdə Rusiya və Myanma rəsmiləri tənzimləyici bazanın yaradılması, onun nüvə infrastrukturunun inkişaf etdirilməsi, kadrların hazırlanması və Myanmada ictimaiyyətlə işləməyi müzakirə ediblər.

Görüşdən sonra protokol imzalayan iki ölkə nüvə enerjisi sahəsində əməkdaşlığın yeni səviyyəsinə yüksəlib.

Spasski Myanmanın elm və texnologiya naziri Myo Thein Kyaw və Myanmanın elektrikləşdirmə naziri Taunq Xan ilə də görüşüb. İclasda müvafiq nazirliklər arasında əməkdaşlığın mühüm istiqamətləri Rusiya layihəsi əsasında enerji bloklarının tikintisi və Beynəlxalq Atom Enerjisi Agentliyinin təlimatlarına uyğun olaraq Myanmada nüvə infrastrukturunun inkişafı ilə bağlı müzakirə edilib.

Spasskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti "Rosatom" və Myanma Elm və Texnologiya Nazirliyinin birgə təşkil etdiyi və eyni vaxtda Nüvə Texnologiyaları İnformasiya Mərkəzində və Yanqon Texnologiya Universitetində keçirilən Elm Festivalının açılışında iştirak edib.

Rusiya Federasiyası ilə Myanma arasında birgə əlaqələndirmə komitəsi atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığa dair fevralın 6-da imzalanmış hökumətlərarası sazişdən sonra yaradılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu