Mirzoyan və Dendias Türkiyə ilə normallaşmanı müzakirə edib


Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Yunanıstan XİN rəhbəri Nikos Dendias ilə görüşüb.



APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Qeyd olunub ki, XİN rəhbərlərinin görüşü Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində baş tutub.

Görüş zamanı ölkələrarası münasibətlər, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu