Rusiyada qismən səfərbərliyə onlar cəlb olunacaqlar


Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik şəraitində hərbi xidmətə kimin və hansı şərtlərlə çağırılacağı məsələsinə aydınlıq gətirib.


İlk növbədə zəruri hərbi ixtisasa malik olanlar çağırılacaq ki, bunlara da atıcılar, tankçılar, atıcılar, sürücülər və sürücü-mexaniklər daxildir.

Daha sonra ehtiyatda olanların “birinci kateqoriyası”na aid edilmiş şəxslər hərbi hissələrə göndərilicəklər: 35 yaşınadək sıravi və ehtiyatda olan çavuşlar, 50 yaşınadək kiçik zabitlər, 55 yaşadək yüksək rütbəli zabitlər.

Həmçinin zəruri hərbi ixtisasları olan qadınlar, xüsusən də həkimlər çağırıla bilər, lakin indi belə mütəxəssislərə ehtiyac minimaldır.

Əsas seçim meyarlarından biri çağırışçıların və hərbi xidmətə çağırılanların döyüş təcrübəsi olacaq.

"Belə ki, ehtiyatda olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müəyyən edilməyib, çağırışa cəlb olunanların sayı “tamamlanmış hərbi hissələrin müntəzəm ehtiyacı” ilə müəyyən edilir”, - deyə Müdafiə Nazirliyindən bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu