NATO generalı: Rusiya alyansla münaqişə axtarmır
Rusiya Şimali Atlantika Alyansı ilə münaqişəyə can atmır.
AFN.az xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin ali baş komandanı, amerikalı general Aleksus Qrinkeviç Almaniyada keçirilən aviasiya mövzulu tədbirdə çıxışı zamanı etiraf edib.
"Mən kəşfiyyat məlumatlarını çox yaxşı öyrənmişəm. Rusiya münaqişə axtarmır. Onlar "müdafiə alyansı" termininin mənasını və bizim bəzi asimmetrik üstünlüklərə sahib olduğumuzu həqiqətən də çox gözəl anlayırlar", - deyə generalın sözlərini "Financial Times" qəzeti sitat gətirib.
