Gürcüstan rəsmisi Avropa İttifaqını ikili standartlarda ittiham edib


Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Avropa İttifaqını Fransada etiraz aksiyalarının dağıdılmasına münasibət bildirməməkdə, Gürcüstandakı hadisələrə isə fərqli yanaşmaqda ittiham edib.

AFN.az xəbər verir ki, Kaladze jurnalistlərə açıqlamasında bunu Avropa siyasətçilərinin ikili standartlarının göstəricisi kimi qiymətləndirib.

“Avropa Parlamentinin hər hansı nümayəndəsinin və ya yüksək vəzifəli şəxsin Fransada baş verənləri pislədiyini eşitmisinizmi? Heç bir bəyanat olmayıb. Gürcüstanla bağlı isə zorakılıq edən bir qrupu dinc nümayişçilər adlandırırdılar”, – Kaladze deyib.

Onun sözlərinə görə, Gürcüstan cəmiyyəti bu cür yanaşmanı gördükdə Avropa siyasətçilərinə münasibəti mənfi istiqamətdə dəyişir. Kaladze bildirib ki, bundan sonra Avropa rəsmilərinin həmin münasibətə təəccüblənməsi də anlaşılmazdır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu