Kaxa Kaladze yetərli səs toplamayıb, Tbilisiyə təkrar mer seçiləcək


Gürcüstanın paytaxtı Tbilisiyə mer seçkiləri ilə bağlı 769 məntəqənin hamısında səslərin sayılması prosesi yekunlaşıb.


Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 45,04 % səs əldə edib.

Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya 33,96 %, “Gürcüstan naminə” partiyasının namizədi, keçmiş baş nazir Giorgi Qaxariya isə 9,36 % səs toplayıb.

Bununla mer seçkilərinin II mərhələsi qaçılmaz olub. Bu turda mübarizə K.Kaladze və N.Meliya arasında gedəcək. Səs çoxluğu qazanacaq namizəd mer seçiləcək.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu