“Gürcü Arzusu” Tbilisi meri vəzifəsinə namizədini açıqlayıb


Gürcüstanın hakim Gürcü Arzusu Partiyası Tbilisi meri postuna hazırda bu vəzifəni tutan Kaxa Kaladzenin namizədliyini irəli sürəcək.



“Report”un yerli bürosu xəbər verir ki, bu barədə partiyanın ictimaiyyətlə əlaqələr üzrə katibi Şalva Papuaşvili məlumat verib.

O, mer vəzifəsinə parlamentin keçmiş sədri Arçil Talakvadzenin namizədliyinin təqdim olunacağı barədə yayılan informasiyaları təkzib edib: “Bizim mer postuna namizədimiz var. Əlbəttə ki, namizəd Kaxa Kaladze olacaq. O, seçkiöncəsi kampaniya başlayanda bu mübarizədə iştirak edib-etməyəcəyi ilə bağlı özü qərar verəcək. Lakin biz onun namizəd olmasını istəyirik”.

Qeyd edək ki, K.Kaladze 2017-ci ilin payızından Tbilisinin meridir. Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər bu ilin payızında keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu