Tiflisin meri Azərbaycana gəlir


Gürcüstan paytaxtının meri Kaxa Kaladze Azərbaycana gəlir.


APA-nın “Sputnik Georgia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Tbilisi merinin mətbuat xidməti məlumat yayıb.

K.Kaladze 13-14 iyul tarixlərində Bakıda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində Tbilisi və Bakı şəhərlərinin qardaşlaşması barədə memorandum imzalanacaq.

Səfər zamanı Tbilisi merini onun müavini İlya Eloşvili müşayiət edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu