Gürcüstanın Aİ-yə namizədliyi üçün son tarix məlum oldu


Gürcüstan namizəd statusu almaq üçün iyun ayına qədər Aİ-nin tövsiyələrini yerinə yetirəcək.


İyun ayına qədər Gürcüstan hakimiyyəti Avropa İttifaqının (Aİ) respublikanın assosiasiyaya namizəd üzv statusu alması ilə bağlı bütün 12 tövsiyəsini yerinə yetirəcək.

AFN.az xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Gürcüstan rəhbərliyi müvafiq tövsiyələrin icrasına diqqətlə yanaşır. “Son nəticədə hər şey Avropa İttifaqından asılıdır. Gürcüstana status verib-verməmək onların öz işidir”, - Kaladze əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu