Gürcü müxalifəti Ukrayna ilə birlikdə Gürcüstanın Aİ-yə namizəd statusu almasına mane olacaq - İrakli Kobaxidze


Ukrayna hakimiyyəti gürcü müxalifəti ilə birlikdə Gürcüstana Avropa İttifaqına namizəd üzv statusunun verilməsinin qarşısını almağa çalışacaq.


Bu barədə iyulun 5-də hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze məlumat verib.

Kobaxidze jurnalistlərə deyib ki, radikal müxalifət ümid edir ki, Gürcüstana namizəd statusunun verilməsinə mənfi təsir edəcək şəxslərdən biri də Ukrayna hakimiyyəti olacaq.

Siyasətçinin sözlərinə görə, bunun üçün Kiyev hakimiyyəti Ali Radadakı “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiyadan, Ukrayna Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilovdan və ofis rəhbərinin müşavirindən istifadə etmək niyyətindədir.

Buna baxmayaraq, Kobaxidze Gürcüstanın hələ də Aİ-yə namizəd statusunu alacağına ümid etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu