Brüsseldə Aİ-nin sammiti başlayıb, Ukraynaya namizəd statusunun verilməsi müzakirə olunur


Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ) liderlərinin sammiti başlayıb.


AFN.az “Report”a istinadən xəbər verir ki, iclasda Ukrayna, Moldova və Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi məsələsi müzakirə olunacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski toplantıya videoformatda qatılacaq.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, artıq Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlüyünün vaxtı çatıb. O, Aİ liderlərini Ukrayna və Moldovaya namizəd statusu verməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu