Ukraynanın Avropa İttifaqına üzvlüyü tezləşdirildi


Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar cari ilin payızından yazına keçirilib.


AFN.az-ın məlumatına görə, Ukrayna Ali Radasının “Doverie”(Etimad) qrupundan olan deputatı Larisa Bilozir belə deyib.
Qeyd edək ki, Avropa Komissiyası Ukraynaya Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı tövsiyələrində statusu itirməmək üçün 7 tələbi yerinə yetirmək şərtini irəli sürüb. Aİ-nın şərtləri arasında ən əhatəli olan məhkəmə islahatları ilə bağlıdır. Belə ki, Ukrayna hökuməti Konstitusiya Məhkəməsində islahatlar aparmalıdır. Ali Məhkəmə Hüquq Şurasında hakimlərin Ali İxtisas Komissiyasında dəyişikliklər başa çatdırılmalı, həmçinin korrupsiya ilə mübarizə aparılmalıdır.
“Ukrayna ev tapşırığını tam yerinə yetirib və Ali Rada bütün zəruri qanun layihələrinin lehinə səs verib. Mən bilirəm ki, onlar artıq Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqları 2023-cü ilin payızından 2023-cü ilin yazına keçiriblər. Həm də fevral ayında Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcək, burada bu il üçün planlar müzakirə olunacaq”, - deyə Bilozir "Rada" telekanalının efirində bildirib.
Ukrayna-Avropa İttifaqı sammiti fevralın 3-də Kiyevdə keçiriləcək.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu