Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar başlayır


Avropa Parlamenti Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara 2023-cü ilin sonuna qədər başlamağı tələb edən qətnaməyə səs verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə rumıniyalı deputat Ziqfrid Muresan öz Facebook səhifəsində məlumat verib. "Qətnamə 555 lehinə, 49 əleyhinə və 26 bitərəf səs çoxluğu ilə qəbul edildi ki, bu da Moldova Respublikasının Avropaya inteqrasiyasının bütün Avropadan olan Avropa Parlamentinin deputatlarının və bütün Avropayönlü siyasi qrupların dəstəyini qazandığını göstərir", - deyə deputat vurğulayıb.

Danışıqların Avropa Komissiyasının irəli sürdüyü 9 tövsiyənin Kişinyov tərəfindən həyata keçirilməsindən sonra başlayacağı vurğulanır. Muresan qeyd edib ki, Avropa İttifaqına qoşulmaq Moldova Respublikası vətəndaşlarının istədiyi şeydir və Kişinyov hakimiyyəti keçən il bunun üçün çox çalışıb.

O, əlavə edib ki, qətnamədə Avropa institutlarına Avropa inteqrasiyası üçün zəruri islahatların aparılması üçün Moldovaya maliyyə yardımının artırılması tələbi var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu