Moldova Rusiyadan gələn təhlükəyə görə tez bir zamanda Aİ-yə daxil olmaq istəyir


Moldova Rusiyadan gələn təhlükədən qorxduğu üçün tezliklə Aİ-yə daxil olmaq istəyir.


AFN.az xəbər verir ki, bu barədə Moldova prezidenti Maya Sandu AFP-yə müsahibəsində bildirib. "Əlbəttə, Ukraynada baş verənlərlə heç nə müqayisə olunmur, lakin biz risk hiss edirik və inanırıq ki, biz demokratiyamızı yalnız Avropa İttifaqının bir hissəsi olmaqla xilas edə bilərik. Rusiya qarşıdakı illərdə qeyri-sabitlik mənbəyi olaraq qalacaq. Biz özümüzü qorumalıyıq" - deyə prezident bildirib.

O əlavə edib ki, yaxın aylarda üzvlüklə bağlı danışıqlara başlamağı səbirsizliklə gözləyir: "Biz istərdik ki, bu mümkün qədər tez baş versin".

Xatırladaq ki, Avropa Parlamenti bu il Moldovanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün qətnamə qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu