Avropa İttifaqı Moldova və Gürcüstanın hissə-hissə ittifaqa qəbul edilməsinə icazə verib


Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bildirib ki, Moldova və Gürcüstanın Dnestryanı, Abxaziya və Cənubi Osetiya əraziləri olmadan Aİ-yə qismən qəbulu mümkündür.



Stano vurğulayıb ki, bu ölkələrin Avropa gələcəyi münaqişələrdən asılı olmamalıdır.

Bundan əvvəl Avropa Komissiyası 2023-cü il üçün genişlənmə ilə bağlı hesabat dərc edib və orada Ukrayna və Moldova ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamağı, həmçinin Gürcüstana birliyə namizəd statusunun verilməsini tövsiyə edib. Öz növbəsində Moldova Prezidenti Maia Sandu Dnestr çayının sağ sahilindən başlayaraq iki mərhələli birləşmənin mümkünlüyünə imkan verən Aİ-yə inteqrasiyaya hazır olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu