Aİ Gürcüstanı Rusiya təyyarələrini öz ərazisinə buraxmamağa çağırıb
Avropa İttifaqının Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano Aİ-yə üzv olmaq iddiasında olan Gürcüstanı Rusiya təyyarələrini ərazisinə buraxmamağa çağırıb.
AFN Reuters-ə istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib:
O, qeyd edib ki, Aİ və ABŞ sanksiyaları Rusiya təyyarələrinə lisenziyalı texniki xidmət göstərməsinə imkan vermir.
Xatırladaq ki, bundan əvvəl Rusiya aviaşirkətlərinin gələn həftədən Gürcüstana uçuşlara başlaya biləcəyi barədə məlumat vermişdik.