Moldovanın Baş naziri: "NATO-ya deyil, Avropa İttifaqına daxil olmağa cəhd göstərəcəyik"


“Biz NATO-ya deyil, Avropa İttifaqına üzv olmağa cəhd göstərəcəyik”.


“RİA Novosti” xəbər verir ki, bunu Moldovanın Baş naziri Natalya Qavrilisa “Euronews”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moldovanın Konstitusiyasında neytrallıq prinsipi yazılıb: "Biz NATO-ya üzvlüyə deyil, Avropa İttifaqına daxil olmağa cəhd göstərəcəyik".

Məlumata görə, Moldova Prezidenti Mayya Sandu artıq martın 3-də ölkəsinin Avropa İttifaqına daxil olması haqqında ərizəni imzalayıb.

Moldova Konstitusiyasına əsasən, ölkənin neytrallıq statusu var, ancaq 1994-cü ildən respublika fərdi tərəfdaşlıq planı çərçivəsində NATO ilə əməkdaşlıq edir.

Moldovanın paytaxtı Kişineuda NATO-nun İnformasiya Mərkəzi fəaliyyət göstərir. 2017-ci ilin dekabrında isə ölkə paytaxtında NATO-nun rabitə üzrə bürosu açılıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Ukraynadan sonra Moldovaya hücum edəcəyinə dair məlumatlar yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu