NATO-nun müdafiə nazirləri Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edəcəklər


NATO-nun müdafiə nazirləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.


AFN.az xəbər verir ki, bunu jurnalistlərə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel deyib. Onun sözlərinə görə, Avropa İttifaqı Moldovanın Rusiya tərəfindən nə dərəcədə təzyiq altında olduğunu bilir.

Qeyd edək ki, bu il Moldova Avropa Siyasi Birliyinin ikinci iclasına ev sahibliyi edəcək.

“Bu, Rusiyanın hər gün artan təzyiqləri qarşısında Moldova ilə həmrəyliyimizin yaxşı nümunəsi olacaq”, - Borrell bildirib.

"Nazirlər Bosniya və Herseqovina, Gürcüstan və Moldovaya dəstək üçün praktiki addımları müzakirə edəcəklər", - deyən Borrell bu ölkələri Rusiya təhdidləri ilə üzləşən üç dəyərli NATO tərəfdaşı adlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu