Aİ ölkələrinin liderləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər


Avropa İttifaqı ölkələrinin liderləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.


Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Avropa Şurasının üzvlərinə ünvanladığı məktubda qeyd olunub.

O, məktubunda bildirib ki, oktyabrın 26-27-də Brüsseldə planlaşdırılan sammitdə xarici siyasətlə bağlı məsələlərini, o cümlədən Priştina-Belqrad münasibətlərini və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

Ş.Mişel vurğulayıb ki, görüş son vaxtlar Yaxın Şərqdə baş verən hadisələrlə kəskinləşən qlobal qeyri-sabitliyin hökm sürdüyü bir vaxtda baş tutacaq: “Ancaq İsrail-Fələstin arasındakı münaqişə səbəbindən Ukraynaya yardım ləğv edilməyəcək. Biz Ukraynaya münasibətdə dəstəyimizi nə qədər lazımdırsa, davam etdirəcəyik. Bizim öhdəliyimiz birlik və bərabərlik içərisində olmaq və müqavilələrdə təsbit olunmuş dəyərlərimizə uyğun hərəkət etməkdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu