Avropa İttifaqı liderləri növbədənkənar toplantı keçirəcək
Avropa İttifaqı liderləri bu gün növbədənkənar toplantı keçirəcək.
İsrail-Fələstin gündəmi ilə görüşəcək liderlər növbəti addımları müzakirə edəcəklər.
Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel liderləri Fələstində baş verən hadisələrlə bağlı onlayn görüş keçirməyə çağırıb.
Çağırışda mülki şəxslərin Beynəlxalq Humanitar Hüquq çərçivəsində qorunmasının vacibliyi vurğulanıb. Həmçinin Qəzzada köməyə ehtiyacı olan mülki şəxslərə dəstək verməyə hazır olduqları bildirilib.
Liderlər bu gün Bakı vaxtı ilə saat 19:00-da videokonfrans vasitəsilə görüşəcəklər.