Aİ liderləri İsrail-Fələstin məsələsi ilə bağlı toplaşacaqlar


Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Belçikanın paytaxtı Brüsseldə bir araya gələrək Qəzzaya yardımların çatdırılması, xüsusilə İsrail-Fələstin münaqişəsindəki son vəziyyət və münaqişədə "humanitar fasilə" kimi mövzuları müzakirə edəcəklər.


İki gün davam etməsi planlaşdırılan Aİ Liderlər Zirvəsi sabah Brüsseldəki Aİ Şurasının binasında başlayacaq. İlk günün mühüm mövzuları arasında Yaxın Şərqdəki vəziyyət, Ukrayna, Kosovo, Qarabağ, Sahel və miqrasiya var.

Aİ rəsmilərinin verdiyi məlumata görə, liderlərin İsrail-Fələstin münaqişəsində İsrailə dəstəyini təsdiqləmələri, HƏMAS-ın hücumlarını bir daha pisləmələri və İsrailin bombardmanları altında olan Qəzzaya humanitar yardımın çatdırılmasını müzakirə etmələri gözlənilir.

Bildirilir ki, Aİ yardımların çatdırılmasını təmin etmək üçün münaqişələrdə “humanitar fasilə və ya fasilələr” çağırışını nəzərdən keçirəcək.

Bu məsələ ilə bağlı sammitin yekun bəyannaməsinə daxil ediləcək bəyanatlarla bağlı danışıqlar davam etdirilir. Mətndəki ifadələrlə bağlı bəzi ölkələrin qeyd-şərtləri olduğu bildirilib. Liderlərin sabahkı görüşündə danışıqların yekunlaşacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu