İsrail Qəzzaya humanitar yardım aparan daha 98 yük maşınının buraxıldığını bildirib
Humanitar yardım daşıyan ən azı 98 yük maşını bazar ertəsi günü Rəfah keçidi vasitəsilə Qəzza zolağına daxil olub.
Bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərinin Koordinasiyası İdarəsi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Bildirilir ki, anklava 42 yük maşını ərzaq (963 ton), 14-ü tibbi avadanlıq (176 ton), 19-u su (380 ton), 15-i müvəqqəti yerləşdirmə mərkəzlərinin işinin təşkili üçün zəruri olan əşyalar (225 ton) və daha 8 qarışıq yük (137 ton) TIR daxil olub.
Qəzza zolağına humanitar yardımın çatdırılması Yaxın Şərqdə münaqişənin gərginləşməsinin başlamasından iki həftə sonra oktyabrın 21-də başlayıb.