Rasmussen: "Danimarka Aİ-nin Ukrayna üçün standart tələblərini azaltmağa hazır deyil"
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib ki, Kopenhagen Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulması üçün ümumi qayda və yanaşmaların saxlanmasının tərəfdarıdır və bu prosesi sürətləndirmək üçün ona qarşı standart tələbləri azaltmağa hazır deyil.
Onun sözlərini Avisen Danmark sitat gətirir.
Nazirin sözlərinə görə, geosiyasət nöqteyi-nəzərindən Aİ-ni şərq ölkələrinin hesabına genişləndirmək yaxşı olardı, çünki onlar üçün “aydın Avropa perspektivi” olmasa, onlar Rusiyanın sferasında olacaqlar:
“Ancaq tarix həm də öyrədir ki, yeni üzv olanda islahatlar aparmaq daha asandır. Tələbləri aşağı salsaq, özümüzə və bu ölkələrə pis xidmət etmiş olarıq”.
Qeyd olunur ki, söhbət Ukraynadan başqa Moldova və Gürcüstandan da gedir.
İyunun 23-də Avropa Komissiyası (AK) Ukraynanın Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq üçün tələbləri yerinə yetirmə dərəcəsini qiymətləndirib. Genişlənmə üzrə Avropa komissarı Oliver Varqeli bildirib ki, 7 tələbdən yalnız ikisi - məhkəmə islahatları və media azadlığı ilə bağlı qanunvericilik üzrə yerinə yetirilib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynanın Avropa İttifaqına daxil olmasının dəqiq vaxtını söyləməkdə çətinlik çəksə də, bunun yaxın 20-30 ildə baş verə biləcəyini təxmin edib.