Almaniya Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədi


Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya silah yardımı ediləcəyini və bu ölkənin Avropa İttifaqına üzvlüyü istiqamətində xüsusi təkliflər veriləcəyini açıqlayıb.


AFN.az xəbər verir ki, xanım Berbok Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündən əvvəl verdiyi açıqlamada Almaniyanın ağır qış şərtləri və Rusiya işğalı altında yaşayan ukraynalılarla həmrəy olduğunu bildirib: “Bu şəhər Rusiyanın Ukraynaya təcavüzünün mütləq çılğınlığının və xüsusilə şərqdə insanların hər gün məruz qaldığı amansız əzabın simvoludur”.
Berbok silahların adını çəkməsə də, Almaniyanın artan hərbi dəstəyi çərçivəsində Ukraynaya “Marder” zirehli transportyorlarının göndəriləcəyini vəd edib. O bildirib ki, Ukraynanın Avropadakı yerini və üzvlük istəklərini gözdən qaçırmamaq çox vacibdir.
“Hökumət olaraq biz qanunların, institutların gücləndirilməsi və korrupsiya ilə mübarizə, eləcə də Avropa İttifaqı standartlarına uyğun irəliləyiş əldə etmək üçün Ukraynaya çox konkret təkliflər vermək istərdik”- deyə Almaniya XİN rəhbəri bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu