Almaniyadan Roma Papasının “ağ bayraq qaldır” çağırışına sərt reaksiya


Almaniyanın xarici işlər naziri Annalena Berbok katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin Ukraynaya qarşı "ağ bayraq qaldırması" ilə bağlı sözlərini tənqid edib.


Berbok, ARD televiziyasında iştirak etdiyi proqramda Papanın Ukrayna ilə bağlı "İnanıram ki, xalqını düşünənlər ağ bayraq qaldırıb danışıqlar aparacaq cəsarətə sahib olanlardır" ifadəsini şərh edib. "Hazırda bunu başa düşmürəm. Sülh danışıqlarına çağıranlarla birlikdə Ukraynaya getmək lazımdır" - deyən XİN başçısı papanın bəyanatını tənqid edib.

Ukraynaya səfərləri zamanı oradakı vəziyyətin ağırlığını gördüyünü izah edən Berbok, "İnanıram ki, bəzi şeyləri yalnız özünüz görəndə anlaya bilərsiniz. Ukraynada müharibədən təsirlənən uşaqlarla danışanda soruşuram: Papa haradadır? Papa bunlardan xəbərdar olmalıdır" - deyə qeyd edib.

O, Almaniyanın Ukraynaya silah göndərilməsini dayandırmasını istəyənlərə qarşı çıxıb: "Hazırda həmrəylik və güc nümayiş etdirməsək, o zaman sülh olmayacaq. Buna görə də, silah daşımaları da daxil olmaqla, qətiyyət nümayiş etdirməliyik. Ukraynanın yanında olmalıyıq və özünü müdafiə etmək üçün əlimizdən gələni edirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu