Rusiyada Roblox-a giriş məhdudlaşdırılıb


Rusiyada rəqəmsal oyun platforması Robloxun terror və LGBT mövzularında təbliğat apardığı iddiası ilə bloklandığı açıqlanıb.

Bu barədə Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Xidməti (Roskomnadzor) açıqlama yayıb. Bildirilib ki, bu gün ölkə daxilində Roblox platformasında yaşanan giriş problemləri rəsmi olaraq tətbiq olunan bloklama ilə əlaqəlidir.

Açıqlamada qeyd olunub ki, Roblox oyununda ekstremizm, terror fəaliyyəti və LGBT mövzularında təbliğat aparıldığı müəyyən edilib. Platformada çox sayda uyğunsuz məzmunun olduğu, azyaşlıların isə zaman-zaman cinsi təcavüzə məruz qaldığı iddia edilib.

Dünyada gündəlik təxminən 110 milyon istifadəçisi olan Roblox-un auditoriyasının böyük hissəsini uşaqlar təşkil edir. İstifadəçilərin 20 faizi 9 yaşdan kiçik, əksəriyyəti isə 16 yaşın altındadır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu