Hindistanda kömür mədənindəki partlayışda ölənlərin sayı 27-yə çatdı
Hindistanın Meqhalaya ştatındakı kömür mədənində baş vermiş partlayış nəticəsində həyatını itirənlərin sayı 27-yə yüksəlib.
Şərqi Jaintia Hills bölgəsindəki kömür mədənində baş verən partlayışdan sonra axtarış-xilasetmə tədbirləri davam etdirilir. "All India Radio"nun yaydığı məlumata görə, aparılan işlər zamanı yeni cəsədlərin tapılması ilə ölənlərin sayı 27 nəfərə çatıb.
Digər tərəfdən, Meqhalaya ştatının Baş naziri Konrad Sanqma partlayışın qeyri-qanuni fəaliyyət göstərən mədəndə baş verdiyini bildirərək, hadisə ilə bağlı hərtərəfli araşdırma aparılması barədə göstəriş verib.
Məsələ ilə əlaqədar polis tərəfindən 2 nəfər saxlanılıb. Hadisə yerində xilasetmə işlərinin hələ də davam etdiyi bildirilir.



