İranda metan qazının partlaması nəticəsində ölənlərin sayı 38-ə yüksəlib


İranın şərqindəki Cənubi Xorasan əyalətində kömür mədənində metan qazının partlaması nəticəsində həyatını itirənlərin sayı 38-ə yüksəlib.


İran dövlət televiziyasına danışan Cənubi Xorasan valisi Cavad Kanaat dünən gecə Tebes rayonundakı kömür mədənində baş verən qəza ilə bağlı son məlumatı paylaşıb.

Kanaat mədəndə ölənlərin sayının 38-ə yüksəldiyini, qapalı qalan 14 nəfərin isə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

İran rəsmisi qeyd edib ki, mədəndəki qaz axtarış-xilasetmə işlərinə mənfi təsir edib.

Bildirilib ki, ötən gecə ölkənin şərqində Cənubi Xorasan əyalətinin Tebes rayonunda kömür mədəninin iki blokunda metan qazı partlayışı baş verib.

Cənubi Xorasan Böhran İdarəetmə Baş Direktoru Məhəmməd Əli Ahundi dünən verdiyi açıqlamada ölənlərin sayının 34-ə yüksəldiyini açıqlamışdı.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu