Çinin Hinan əyalətində kömür mədənində baş verən partlayışda 10 işçi həlak olub


Çinin Hinan əyalətində kömür mədənində qaz partlayışı nəticəsində 10 işçinin həyatını itirdiyi bildirilib.


Yerli hökumətin verdiyi açıqlamaya görə, dünən günorta saatlarında Pinqdinqşan şəhərində Tienan Kömür Müəssisəsinə aid şaxtada qaz partlayışı baş verib.

Partlayış zamanı mədəndə olan 425 işçidən 10-nun həyatını itirdiyi, 6 işçinin isə itkin düşdüyü bildirilib.

Digər işçilər şaxtadan sağ-salamat çıxarılsa da, itkin düşənlər üçün xilasetmə işləri davam edir.

İnfrastrukturun köhnə olduğu və təhlükəsizlik qaydalarının qeyri-kafi olduğu Çində kömür mədəni müəssisələrində qəzalar tez-tez baş verir, baxmayaraq ki, son illərdə yoxlamaların artması ilə onların sayı azalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu