İranda kömür mədənində baş verən partlayışda ölən 6 şaxtaçının cəsədi tapılıb


İranın Simnan əyalətində ötən gün kömür mədənində baş verən partlayışda həyatını itirən 6 şaxtaçının cəsədi tapılıb.


İran dövlət televiziyasına danışan Simnan valisi Məhəmməd Rza Haşimi bildirib ki, ilk təsbitlərə görə partlayış qazın sıxılması nəticəsində baş verib. O, qazdan təsirlənən mədənçilərin aparıldıqları xəstəxanada müalicə olunduğunu bildirib.

Partlayışla bağlı istintaq başladılıb.

İran mediası dünən axşam saatlarında Simnan vilayətinin Damqan rayonundakı Rezmcah Tezareh kömür mədənində partlayış baş verdiyini və 6 nəfərin həyatını itirdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu